MƏLUMATLARIN ƏLDƏ OLUNMASI ÜZRƏ RAZILIQ
Mən, hazırki sənədlə öz iradəm və maraqlarım baxımından hərəkət edərək, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanuna və “Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq “AZƏRMAŞ GROUP”(VÖEN 1404517221, yerləşdiyi ünvan: Bakı şəh,Nəsimi rayonu.S.Rəhimov ev-195, mənzil-8) (bundan sonra – Cəmiyyət adlandırılacaq) tərəfindən məlumat, reklam və informasiya məqsədləri üçün mənə SMS mesajları və/yaxud elektron poçtlar və/yaxud messenger mesajları və/və ya push bildirişləri və/və ya telefon zəngləri vasitəsilə Cəmiyyətin xidmətləri (servisləri) haqqında, yəni: tədbirlər, onların məzmunu haqqında istinadlar, aksiyalar və digər məlumat və reklam xarakterli ismarıcların göndərilməsinə öz razılığımı verirəm.
Mən, iradəm və maraqlarım baxımından verdiyim hazırki razılıq mətninin məlumat bazasında elektron şəkildə saxlanılması və yuxarıda göstərilən müddəalara uyğun olaraq fərdi məlumatların emalına razılıq faktını təsdiq etməsilə razılaşıram və fərdi məlumatların verilməsinin düzgünlüyünə görə məsuliyyəti öz üzərimə götürürəm. Mən təsdiq edirəm ki, hazırki razılığın qüvvədə olduğu müddətdə istənilən vaxt verdiyim razılığı geri götürə biləcəyim və bildirişlərin alınmasından imtina etmə hüququmun olduğu barədə informasiya mənə məlumdur. Həmçinin bildirişlərdən imtina edilməsinə dair suallar yarandığı halda Cəmiyyətin texniki yardım xidmətinə məktub göndərməklə yardım üçün müraciət edə biləcəyim barədə mənə məlumat verilib. Hazırki razılıq, onun geri götürülməsi barədə məlumatın olmaması şərti ilə müddətsiz verilmişdir. Bununla təsdiq edirəm ki, https://autogaz.az/ saytında mənim yekun qərarlı hərəkətlərim ("Mən məlumat almağa razıyam" düyməsinin sıxılması ilə) kifayət qədər razılıq formasıdır və tərəflərə belə razılığın alınması faktını təsdiq etməyə imkan verir.
Bu halda mənim sərbəst ifadəmin əlavə olaraq təsdiq edilməsi üçün hər hansı başqa sübutlar tələb olunmayacaq.