Zəmanətin qorunması şərtləri
İstehlakçının vəzifələri
- Avtomobilin istifadə təlimatında və servis kitabçasında qeyd olunmuş istismar qaydalarına əməl etmək;
- İstehsalçı və ya satıcı tərəfindən tövsiyə olunan müəssisələrdə və ya müvafiq ixtisaslaşdırılmış xidmətlər göstərmək hüququ olan digər müəssisələrdə avtomobilə servis kitabçasının talonlarına uyğun olaraq vaxtında və tam texniki xidmət göstərmək;
- Avtomobilin istehsalçı ilə razılaşdırılmamış konstruksiyasına dəyişiklik etməmək;
- Zəmanət dövründə avtomobilin detallarını və qovşaqlarını sərbəst şəkildə sökməmək və (və ya) onları təmiri etməmək;
- Nasazlıq aşkar edildikdə onların aradan qaldırılması üçün vaxtında tədbirlər görmək;
- İstehsalçının və ya istehsalçı tərəfindən səlahiyyətləndirilmiş təşkilatın tələbi ilə xidmət kitabçasında nəzərdə tutulmayan növbədənkənar baxışın və ya işlərin aparılması üçün avtomobili zəmanət təmiri və texniki xidmət göstərən müəssisəyə təqdim etmək.
Zəmanət aşağıdakı hallarda ləğv edilir:
- İstehlakçı avtomobilin istismar təlimatında və servis kitabçasında qeyd olunmuş tələb və qaydalara əməl etmədikdə;
- Ümumi yürüş sayğacının göstəricilərinə məcburi dəyişiklik edildikdə və avtomobilin düzgün yürüş göstəricisi təyin edilə bilmədikdə, həmçinin mühərrikin idarəetmə blokundakı məlumatlar icazəsiz silindikdə;
- İstehlakçı və ya üçüncü şəxslər tərəfindən avtomobilin konstruksiya və komplektləşdirilməsində istehsalçı ilə razılaşdırılmamış dəyişikliklər edildikdə;
- Avtomobildə nasazlıqlar aşkar edildiyi təqdirdə onların vaxtında aradan qaldırılması üçün tədbirlər görülmədikdə;
- Avtomobil satıcının, avtomobil istehsalçısının və ya servis müəssisəsinin tələbi ilə servis kitabçasında nəzərdə tutulmayan növbədənkənar baxışın və ya işlərin aparılması üçün təqdim edilmədikdə;
- Xarici amillərin təsirinə məruz qaldıqda (yol örütüyü materialları, sənaye müəssisələrinin aqressiv tullantıları, avtomobildə və ya onun ayrı-ayrı detallarında və qovşaqlarında mexaniki zədələnmələr, o cümlədən yol qəzaları nəticəsində);
- İstehsalçının möhürlərinin və zəmanət etiketinin pozulması ilə müşayiət olunan istehlakçı və ya istehsalçı tərəfindən səlahiyyətləndirilməyən üçüncü şəxslər tərəfindən müstəqil söküldükdə və ya təmir edildikdə (nəzərdə tutulduğu halda).
Zəmanət aşağıdakılara şamil edilmir:
- Servis kitabçasına uyğun olaraq texniki xidmət talonlarına əsasən görülən işlər və aşağıda sadalanmış digər işlər zəmanət öhdəliklərinə daxil edilmir və istehlakçının hesabına həyata keçirilir, o cümlədən:
- Servis kitabçasıyla tənzimlənən yürüş ilə detal və materialların əvəzlənməsinə (yağlar, soyutma və tormozlama mayeləri, filtrlər, intiqal kəmərlərinə və s.);
- Parçaların təbii aşınmasına görə əvəzlənməsinə (əyləc qəlibləri, əyləc diskləri, əyləc barabanları, şinlər, ilişmə diskləri, sükan idarəetmə şarnirləri, şüşətəmizləyən şotkalara və s.).

