Bakı
5 км Сумгаитского шоссе
AZ

İSTİFADƏÇİ RAZILAŞMASI

1. Terminlər və təriflər

1. Şirkət – saytın sahibidir, yəni Saytdan istifadə qaydalarını müstəqil şəkildə və öz mülahizəsinə əsasən müəyyən edən şəxsdir.

2. İstifadəçi – Şirkət tərəfindən müəyyən edilmiş qaydada Saytda qeydiyyat hesabı əldə etmiş fiziki şəxsdir.

3. Qeydiyyat – İstifadəçinin Saytda öz qeydiyyat hesabını yaratması üçün etdiyi hərəkətlərdir, o cümlədən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq özünün fərdi məlumatlarını təqdim etməsidir.

4. Qeydiyyat hesabı – İstifadəçinin Saytın serverlərində saxlanılan autentifikasiya məlumatları və fərdi məlumatlarıdır.

5. Autentifikasiya məlumatları – İstifadəçinin Sayta giriş üçün istifadə edilən unikal eyniləşdiricisidir. Autentifikasiya məlumatlarına İstifadəçinin istifadəçi adı və şifrəsi aiddir.

6. Saytın xidmətləri – Saytın İstifadəçilər tərəfindən istifadə üçün nəzərdə tutulmuş funksional imkanlarıdır.

7. Saytın kontenti – əqli fəaliyyətin nəticələri və onlara bərabər tutulan fərdiləşdirmə vasitələri (o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq: musiqi əsərləri, ədəbi əsərlər, EHM üçün proqramlar, məlumat bazaları, audio-vizual əsərlər, fonoqramlar, şəkillər, mətnlər, əmtəə nişanları və xidmət nişanları, kommersiya işarələri və firma adları, loqotiplər), hipermətn istinadları, onların fraqmentləri, Saytda yerləşdirilən informasiya və digər obyektlər də daxil olmaqla, Saytın məzmunudur.

 

2. Ümumi şərtlər

1. Hazırkı Müqavilə açıq ofertadır və vahid ID-nin istifadə şərtləri ilə başqa hal nəzərdə tutulmadıqda, İstifadəçinin Saytda qeydiyyatdan keçdiyi andan bağlanılmış hesab edilir. İstifadəçi Saytda qeydiyyatdan keçərkən hazırkı Müqaviləyə və saytda yerləşdirilmiş digər sənədlərə (qaydalara) qoşulur və Şirkət tərəfindən hazırkı Müqavilədə müəyyən edilmiş Saytdan istifadə qaydaları ilə yanaşı onlara riayət etməyi öhdəsinə götürür.

2. Şirkət hazırkı Müqavilənin şərtlərini istənilən vaxt birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bu cür dəyişikliklər Müqavilənin yeni versiyasının Saytda yerləşdirildiyi andan etibarən 1 (Bir) gün ərzində qüvvəyə minir. İstifadəçi edilmiş dəyişikliklərlə razı olmadıqda, Saytın məzmunundan və xidmətlərindən istifadəni dayandırmalı və öz qeydiyyat hesabını silməlidir.

3. Hazırkı Müqaviləni bağlayarkən İstifadəçi həmçinin Saytda dərc edilmiş Fərdi məlumatların işlənilməsinə dair Siyasəti və https://autogaz.az/ saytının İstifadəçilərinin fərdi məlumatlarının mühafizəsi üzrə tədbirləri qəbul edir.

 

3. Tərəflərin hüquq və vəzifələri

1. İstifadəçi Saytda qeydiyyatdan keçərkən özü haqqında tam, etibarlı və aktual məlumatları, o cümlədən fərdi məlumatları təqdim edir. İstifadəçi mənəvi və əxlaqi normalara riayət edərək, müstəqil şəkildə özü üçün İstifadəçi adı – login, eləcə də şifrə seçir.

2. İstifadəçi tərəfindən seçilmiş login və şifrə qeydiyyatdan keçmiş digər İstifadəçinin logini və şifrəsi ilə eyni və ya oxşar olduğu halda, Şirkət İstifadəçiyə özü üçün digər autentifikasiya məlumatlarını seçməyi təklif etmək hüququna malikdir.

3. İstifadəçi uğurla qeydiyyatdan keçdikdən sonra, Şirkət onun üçün Sayta giriş hüququnu təmin etməyi öhdəsinə götürür.

4. Şirkət öz mülahizəsinə əsasən və səbəblərini izah etmədən istifadəçinin Saytda qeydiyyatdan keçirilməsindən imtina etmək və ya onun qeydiyyatını dayandırmaq hüququna malikdir.

5. Şirkət istənilən vaxt səbəblərini göstərmədən İstifadəçilərin istənilən məlumatlarını və qeydiyyat hesablarını silmək hüququna malikdir.

6. Tərəflər istifadəçinin autentifikasiya məlumatları baxımından məxfiliyə riayət etməyi öhdələrinə götürürlər.

7. İstifadəçi saytda birdən çox hesab yaratmaq hüququna malik deyildir.

8. İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyini və ya beynəlxalq hüquq normalarını, o cümlədən əqli mülkiyyət sahəsindəki normaları pozan hərəkətləri, habelə Saytın və Sayt xidmətlərinin normal fəaliyyətinin pozulmasına səbəb olan və ya səbəb ola biləcək bütün növ hərəkətləri etməməyə razılaşır.

9. İstifadəçi Saytın materiallarından, o cümlədən qorunan müəllif əsərlərindən sitat gətirərkən onun Sayta istinad etməsi mütləqdir.

10. İstifadəçi, onun Saytda istinadları mövcud olan xarici resursları ziyarət və istifadə etməsinə görə Şirkətin məsuliyyət daşımadığı barədə xəbərdar edilmişdir.

11. İstifadəçi, Saytın hər hansı bir məzmunu, əqli fəaliyyətin nəticələrinə dair hüquqların qeydiyyatı və bu cür qeydiyyat haqqında məlumatlar, Saytda mövcud olan mallar və ya xidmətlər, eləcə də Saytda yerləşdirilmiş informasiyadan və ya xarici resurslara istinadlardan istifadə etməklə xarici saytlardan və ya resurslardan, yaxud İstifadəçinin daxil olduğu əlaqələr vasitəsilə əldə edilmiş mallar və ya xidmətlərlə əlaqəli yarana biləcək və ya yaranan hər hansı mümkün zərərlər ya itkilərlə əlaqədar Şirkətin İstifadəçi qarşısında məsuliyyət daşımadığını və birbaşa və ya dolayı öhdəliklərə malik olmadığını qəbul edir.

12. Şirkət istənilən vaxt Saytın fəaliyyətinin müvəqqəti dayandırılması ilə Saytda profilaktik işlər aparmaq hüququna malikdir və Saytın işində baş verən nasazlıqlara və fasilələrə, habelə bunların nəticəsində yaranan məlumat itkisinə görə məsuliyyət daşımır.

13. İstifadəçi Saytın məzmununun və xidmətlərinin və ya onların hər hansı bir hissəsinin reklamla müşayiət oluna biləcəyi barədə müddəanı qəbul edir. İstifadəçi razılaşır ki, Şirkət bu cür reklamlarla bağlı heç bir məsuliyyət daşımır və Şirkətin hər hansı öhdəlikləri yoxdur.

14. İstifadəçi Şirkətin məlumat, xəbər və reklam göndərişlərini, o cümlədən Saytda qeydiyyatdan keçərkən göstərdiyi e-poçt ünvanına almağa razılaşır.

 

4. Digər şərtlər

1. Hazırkı Müqavilə İstifadəçinin Saytda qeydiyyatda olduğu bütün müddət ərzində qüvvədədir.

2. Hazırkı Müqavilədən irəli gələn və ya onunla əlaqəli yaranan bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

3. Müqavilədə heç bir şey İstifadəçi ilə Şirkət arasında agentlik münasibətlərinin, ortaqlıq münasibətlərinin, birgə fəaliyyət münasibətlərinin, fərdi işəgötürmə münasibətlərinin, əqli fəaliyyətin nəticələrinə hüquqların verilməsi ilə əlaqəli münasibətlərin və ya Müqavilədə açıq şəkildə nəzərdə tutulmayan hər hansı digər münasibətlərin qurulması kimi başa düşülə bilməz.

4. Şirkət hər hansı məqamda İstifadəçidən hazırkı Müqavilənin hər hansı şərtinin yerinə yetirilməsini tələb etmirsə və ya İstifadəçinin hazırkı Müqavilənin şərtlərini pozması ilə bağlı heç bir tədbir görmürsə, bu, Şirkətin müvafiq tədbirlər görmək və İstifadəçinin hazırkı Müqavilənin şərtlərini yerinə yetirməsinə və Şirkətin öz hüquq və mənafelərini müdafiə etməsinə yönəlmiş zəruri tədbirlərə əl atmaq hüququnu ləğv etmir.

5. İstifadəçi hazırkı Müqavilənin bütün müddəaları ilə tanış olduğunu və onları qeyd-şərtsiz qəbul etdiyini təsdiq edir.