Azərbaycan Minatəmizləmə Agentliyi maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım avtomobilləri əldə etmişdir
20.03.2024
52 baxış
Yenilənmiş təcili tibbi yardım avtomobilləri Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Agentliyə təhvil verilmiş 24 ədəd xüsusi təyinatlı «Qazel Biznes 221717» modeli təcili tibbi yardım maşınları işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcəkdir.
Xüsusi təyinatlı «Qazel Biznes 221717» modeli tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilmişdir. Xüsusi təyinatlı avtomobillərin salonlarının təchizat səviyyəsi xəsarət alan şəxslərə bütün zəruri ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.
«Qazel Biznes 221717» tam ötürücülü təcili tibbi yardım avtomobilləri yolsuzluq şəraitində rahat və təhlükəsiz şəkildə hərəkət üçün nəzərdə tutulub.







