Bakı
5 км Сумгаитского шоссе
AZ

Fərdi məlumatların işlənilməsinə razılıq

1. İstifadəçi «Azərmaş» şirkəti (bundan sonra mətn üzrə həm də — “Cəmiyyət” adlandırılacaq) müraciət, o cümlədən https://autogaz.az saytı vasitəsilə müraciət zamanı (xüsusilə, ərizə verməklə, Şəxsi kabinetdə qeydiyyatdan keçməklə, çat-botda məlumatlarını təqdim etməklə) öz məlumatlarını Cəmiyyətə təqdim etməklə, sərbəst, öz iradəsi ilə və öz maraqları naminə hərəkət edərək, habelə fəaliyyət qabiliyyətli olduğunu təsdiq edərək, hazırkı Razılığın konkret, predmetli, məlumatlandırılmış, şüurlu və birmənalı olduğunu təsdiq edərək, Təşkilata, habelə Cəmiyyətin Azərbaycan və xaricdə olan Dilerlərinə və İşgüzar tərəfdaşlarına öz fərdi məlumatlarının aşağıdakı şərtlərlə işlənilməsi üçün Razılıq verir.

 Cəmiyyətin «Dilerləri» – Cəmiyyətin avtomobillərini, ehtiyat hissələrini və aksesuarlarını satan və servis xidməti göstərən müstəqil hüquqi şəxslərdir.

 «İşgüzar tərəfdaşlar» — Cəmiyyətin İstifadəçiyə digər xidmətləri və məhsullar təmin etmək, təqdim etmək və ya təklif etmək üçün Azərbaycanda və xaricdə əməkdaşlıq etdiyi müstəqil şirkətlərdir.

 2. Bu Razılıq fərdi məlumatların avtomatlaşdırılmış şəkildə işlənilməsi üçün verilir.

Razılıq aşağıdakı fərdi məlumatların işlənilməsi üçün verilir:

• SAA;

• Cinsi;

• Doğulduğu tarix və yer;

• Şəxsiyyəti təsdiq edən sənədlərin məlumatları;

• Yaşayış yeri üzrə qeydiyyat ünvanı və faktiki yaşayış ünvanı;

• Əlaqə məlumatları (telefon və faks nömrələri, e-poçt ünvanı, poçt ünvanı);

• Bank rekvizitləri;

• Etibarnamə rekvizitləri;

• VÖEN, FŞHSN, FSƏDQN, Cəmiyyətin xidmət və məhsul istifadəçilərinin eyniləşdiriciləri;

• Nəqliyyat vasitələri haqqında məlumatlar;

• Qeydiyyat və avtorizasiya məlumatları (login, şifrə və s.), zənglərin (söhbətlərin) qeydləri, istifadəçi cihazları haqqında texniki məlumatlar və eyniləşdiricilər, o cümlədən cookies faylları, istifadəçinin yeri haqqında məlumatlar, əldə edilmiş mallar (xidmətlər) haqqında məlumatlar və bu cür istifadəçilər tərəfindən müstəqil olaraq Cəmiyyətə təqdim olunmuş digər məlumatlar (Cəmiyyətin veb saytlarının və digər onlayn xidmətlərinin istifadəçilərinə münasibətdə).

 3. Hazırkı Razılıq avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə edilmədən fərdi məlumatlarla həyata keçirilən aşağıdakı hərəkətlərin (əməliyyatların) yerinə yetirilməsi üçün verilir: aşağıdakı məqsədlərlə fərdi məlumatların toplanması, qeydə alınması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi, o cümlədən transsərhəd ötürülməsi (Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həcmdə, o cümlədən dövlət orqanlarına və digər təşkilatlara təqdim edilmə), bloklanması, silinməsi, məhv edilməsi:

  • Cəmiyyət tərəfindən elektron kommersiya sahəsində mallar (xidmətlər) haqqında məlumatların aqreqatorunun sahibi qismində və malların məsafədən satış üsulu ilə müstəqil şəkildə satılması yolu ilə, o cümlədən “İnternet” şəbəkəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi; eləcə də hüquqi şəxs kimi, o cümlədən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Cəmiyyətin nizamnaməsinə, Cəmiyyətin daxili sənədlərinə və yerli normativ aktlarına uyğun olaraq, özünü, öz servis və xidmətlərini reklam etməklə, öz servis və xidmətlərinin üçüncü şəxslər tərəfindən istifadəsinin keyfiyyətinə nəzarət, buraxılış və obyektdaxili rejimlərin təşkili, öz ərazisində ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumat subyektləri, kontragentlər və üçüncü şəxslərlə qarşılıqlı əlaqələr yolu ilə yanaşı logistika xidmətlərinin göstərilməsi (malların çatdırılmasının təşkili və anbar əməliyyatlarının həyata keçirilməsi), habelə digər adi təsərrüfat fəaliyyətinin həyata keçirilməsi;
  • fərdi məlumat subyektlərinin bu cür müqavilələr üzrə tərəf, faydagötürən və ya zamin kimi iştirakı ilə müqavilələrin bağlanılması və icrası, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, Cəmiyyətin xidmətlərindən və məhsullarından istifadə etmək imkanının verilməsi, müsabiqələrin və aksiyaların nəticələrinə görə hədiyyələrin verilməsi və mükafatların ödənilməsi və s.;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əməl olunması və onların icra edilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, mühasibat və vergi uçotunun aparılması, sənəd dövriyyəsinin və arxiv saxlanılmasının təşkili, müvafiq məlumatların dövlət orqanlarına göndərilməsi, dövlət orqanlarının tələb və göstərişlərinin yerinə yetirilməsi, məhkəmə aktlarının icrası, hüquq sahiblərinin iddialarına və fərdi məlumat subyektlərinin müraciətlərinə baxılması və s.


4. Razılıq istənilən vaxt, hazırkı Razılığın nəzərdə tutulan geri götürülmə tarixindən ən azı 30 gün əvvəl şəxsən verilmiş yazılı ərizə əsasında və ya aşağıdakı ünvana sifarişli məktub göndərilməklə Geri götürülə bilər: alan «Azərmaş» şirkəti, Azərbaycan, Bakı ş., Sumqayıt şossesinin 5 km-i. Göstərilən müddət ərzində Cəmiyyət fərdi məlumatların işlənilməsini dayandırmaq və fərdi məlumatları məhv etmək məcburiyyətində deyildir. Fərdi məlumatlar Azərbaycan Respubliaksının qanunvericiliyinin tələblərinə uyğun olaraq, Razılığımı geri götürdükdən sonra 30 gün ərzində məhv edilməlidir.

 5. Bu razılığın geri götürülməsi haqqında yazılı sənədi aldıqda, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək məqsədi ilə Cəmiyyət tərəfindən saxlanılmalı olan fərdi məlumatlar istisna olmaqla, bu razılıqda göstərilən fərdi məlumatların işlənilməsini dayandırmağı və geri götürülmə haqqında göstərilən sənədin alındığı tarixdən sonra 30 (otuz) gündən çox olmayan müddətdə fərdi məlumatları məhv etməyi öhdəsinə götürür.

 6. Fərdi məlumatlar işlənilmə məqsədlərinə nail olunduqda və ya Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu məqsədlərə nail olmaq zərurəti aradan qalxdıqda məhv edilməlidir.

 7. Fərdi məlumatların işlənilməsinə razılıq geri götürüldüyü təqdirdə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar  mövcud olduqda, Cəmiyyət fərdi məlumatların subyektinin razılığı olmadan fərdi məlumatların işlənilməsini davam etdirmək hüququna malikdir.

 8. İstifadəçi Azərbaycan Respublikası qanunvericiliyinin fərdi məlumatların işlənilmə qaydasını müəyyən edən tələbləri ilə, habelə bu sahədə mövcud olan hüquq və vəzifələri ilə, xüsusən də, fərdi məlumatların işlənilməsinə dair Siyasətlə tanış olduğunu təsdiqləyir.

 9. İstifadəçi təsdiq edir ki, Cəmiyyət tərəfindən müvafiq izahatlar verilmiş və fərdi məlumatların işlənilməsi, habelə bu sahədə İstifadəçinin hüquq və vəzifələri ilə bağlı bütün zəruri və Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məlumatlar təqdim edilmişdir.

 10. Hazırkı razılıq imzalandığı gündən qüvvəyə minir və müvafiq razılıq işarəsi qoyulduğu andan bu Razılığın 5-ci bəndində göstərilən fərdi məlumatların işlənilməsinin dayandırılma anına qədər bütün müddət ərzində qüvvədədir.

 11. Cəmiyyət tərəfindən fərdi məlumatların işlənilməsi ilə bağlı Siyasət, habelə fərdi məlumat subyektinin hüquqlarının təsviri və onların həyata keçirilmə imkanları Cəmiyyətin rəsmi https://autogaz.az saytında təqdim edilmişdir.